“Çelsi”də 38 yaşlı qapıçı
26.07.2018 , 13:25

“Çelsi” qapıçı transferi reallaşdırıb.
“Zadəganlar” İngiltərə millisinin keçmiş qapıçısı Robert Qrini transfer edib. London təmsilçisi 38 yaşlı qolkiperlə 1 illik müqavilə imzalayıb.
Qeyd edək ki, Qrin ötən mövsüm “Haddersfild”də keçirib və rəsmi oyunlarda şans qazanmayıb.
