“Çelsi”də 2 itki – əməliyyat olunacaqlar
26.04.2023 , 00:00
“Çelsi”nin iki oyunçusu – Ris Ceyms və Meyson Maunt sıradan çıxıb.
Korner.az xəbər verir ki, bu barədə London klubunun baş məşqçisi Frenk Lempard məlumat verib.
Baş məşqçi “Brentford”a qarşı keçirəcəkləri oyundan öncə baş tutan mətbuat konfransında hər iki futbolçunun zədədən əziyyət çəkdiyini və onların əməliyyat olunacağını bildirib.