“Çelsi”nin sabiq futbolçusu Frenk Lempard komandanın hazırki durumunu dəyərləndirib.
Korner.az-ın məlumatına görə, o bu barədə “Dail Mail” nəşrinə danışıb.
Əfsanəvi futbolçu bildirib ki, komandaya böyük şəxsiyyətlər lazımdı:
“Çelsi”də əsl şəxsiyyətlər çatışmır. Bu məni narahat edir. Böyük komandaya böyük şəxsiyyətlər lazımdı, yoxsa heç cür. Mən “Çelsi”dəki karyeram haqda danışmaq istəməzdim, hansı ki o dövrdə mənlə Droqba, Koul, Çex, Terri oynayırdı. Amma mənə görə Terri klubun son dəyişilməz siması idi. Komanddaya 2-3 böyük futbolçu alınmalıdı. Yoxsa Premyer Liqada 11-ci pilləni tutmaq gülüncdü
