“Çelsi” qış fasiləsində heyətini gücləndirməyi planlaşdırır.
Korner.az-ın məlumatına görə, klub “Juventus”un yarımmüdafiəçisi Kvadvo Asamoaha “elçi düşüb”. London təmsilçisi Asamoah üçün 24 milyon funt sterlinqdən keçməyə hazırdır. Turinlilərin bu təklifdən imtina etməyəcəyi bildirilir.