“Çelsi” yeni hücumçu transfer edir
03.04.2025 , 19:41

“Çelsi”nin yeni transfer hədəfi məlum olub.
Korner.az xəbər verir ki, London klubu “Strasburq”un hücumçusu Emanuel Emeqanı heyətinə cəlb etmək istəyir.
İngiltərə nəhəngi 22 yaşlı hollandiyalı futbolçu üçün yaxın zamanda təklif göndərməyi planlaşdırır.
Keçən mövsüm bütün yarışlarda 31 matçda 9 qol vuran Emeqa bu mövsüm 24 matçda 12 qol vurub.
