İngiltərə Premyer Liqasında mübarizə aparan “Çelsi” futbolçusu Villianı komandadan göndərib-göndərməyəcəyi ilə bağlı qərarını verib.
Korner.az-ın məlumatına görə, bu haqda ingilis mediası xəbər yayıb.
“Zadəganlar” yayda oyunçu üçün gələn təklifləri dəyərləndirmək qərarına gəlib.
Qeyd edək ki, 2013-cü ildə Joze Mourinyonun tələbi ilə London təmsilçisinə transfer olunan yarımmüdafiəçi bu mövsüm yalnızca 13 oyunda start heyətində meydana çıxıb.
