“Çelsi” və “Tottenhem”in yeni hədəfi
24.11.2025 , 11:30
“Çelsi” və “Tottenhem” eyni hədəf uğrunda transfer yarışına daxil olub.
Korner.az xarici KİV-ə istinadən xəbər verir ki, Premyer Liqa klubları “Atletik”in hücumçusu Niko Uilyamsın transferində maraqlıdırlar. London təmsilçilərinin hər ikisi 23 yaşlı futbolçu üçün 70 milyon avro ödəməyə hazırdır.
Uilyams yay transfer pəncərəsində “Barselona” ilə aktiv şəkildə adı hallansa da, o, sonda “Atletik”lə 2035-ci ilin ortalarınadək yeni uzunmüddətli müqavilə imzaladı. Gənc hücumçu cari mövsümdə 10 matçda çıxış edərək 2 qol və 2 assistlə yadda qalıb.