“Çelsi” və “Beşiktaş” klubları əməkdaşlıq haqda saziş imzalayıblar.
Korner.az-ın məlumatına görə, İstanbul komandası “Çelsi”nin futbolçularını icarəyə götürə bilər.
Bundan əlavə əsas komandalar arasında sıx əməkdaşlıq nəzərdə tutulur. Skaut proqramlarında və akademiyalarda da yardımlaşma olacaq.
Qeyd edək ki, hazırda Çelsinin 26 futbolçusu icarə əsasında digər klublarda çıxış edir.
