“Çelsi” üçün son 1 həftə
15.05.2023 , 17:48

“Çelsi” Maurisio Poçettinonun keçidini yaxın günlərdə rəsmiləşdirəcək.
Korner.az xəbər verir ki, bu barədə jurnalist Fabrizio Romano məlumat yayıb.
Onun xəbərinə görə, tərəflər arasında razılıq əldə olunub. Argentinalı çalışdırıcının yeni komandası ilə 2026-cı ilə qədər müqavilə imzalayacağı gözlənilir.
Təcrübəli mütəxəssisin yeni mövsümdə heyət üçün rəhbərliklə məsləhətləşməyə də başladığı bildirilib.
