“Çelsi” üçün Duşan Vlahoviç
22.05.2023 , 13:59
“Çelsi” “Yuventus”un oyunçusu Duşan Vlahoviç üçün hərəkətə keçib.
Korner.az xəbər verir ki, London təmsilçisi İtaliya klubuna futbolçu üçün 80 milyon avro təklif edib.
ESPN-in xəbərinə görə, 23 yaşlı hücumçu ilə “Bavariya”, “Atletiko” və “Real” kimi nəhəng klubların da maraqlandığı bildirilir.
Amma “Çelsi” Vlahoviçi heyətinə cəlb etməkdə daha istəklidir.