“Çelsi”də baş məşqçi qərarı
08.05.2023 , 12:34

Lempardla uğur qazana bilməyən “Çelsi” yeni baş məşqçinin keçidini yaxın günlərdə rəsmiləşdirəcəyi gözlənilir.
Korner.az xəbər verir ki, London kubunun bu həftə görüşdüyü məşqçilərdən biri ilə anlaşdığı bildirilir.
Bu, ən güclü namizəd olaraq görünən PSJ-nin sabiq baş məşqçisi Maurisio Poçettinodur.
Poçettinonun təyin olunan kimi Frenk Lempardla görüşəcəyi, komandayla bağlı məlumatlandırılması gözlənilir.
“Çelsi” bu mövsüm Premyer Liqada 34 oyunda 11 qələbə, 9 heç-heçə və 14 məğlubiyyətlə 42 xalla 11-ci yerdədir.
