“Çelsi” Temue Bakayokonu icarəyə verdi
14.08.2018 , 16:13

“Milan” “Çelsi”nin futbolçusu Temue Bakayokonu icarəyə götürüb
23 yaşlı yarımmüdafiəçi 2018/2019 mövsümündə icarə əsasında İtaliya təmsilçisində çıxış edəcək.
Yerli mətbuat “Milan”ın 5 milyon avro icarə haqqı ödədiyini yazıb. Klubun mövsümün sonu 35 milyon avro ödəyərək oyunçunu birdəfəlik ala biləcəyi iddia olunub.
Qeyd edək k, Bakayoko 2017-ci ildə “Monako”dan 45 milyon avroya “Çelsi”yə transfer olunub. O, burada 43 matçda 3 qol vurub, 3 qolun ötürməsini verib.
