“Çelsi” qış fasiləsində heyətini gücləndirməyi planlaşdırır.
Korner.az-ın məlumatına görə, London klubunun baş məşqçisi Antonio Konteni Roman Abromoviçdən 2 müdafiəçi transfer edilməsini tələb edib.
“Zadəganlar”ın əsas transfer hədəfində olan isə Madrid “Real”ının kapitanı Serxio Ramosdu. Qış transfer pəncərəsi zamanı Premyer Liqa təmsilçisinin ispan müdafiəçi üçün “kral klubu”nun qapısını döyəcəyi gözlənilir.
