“Çelsi” “Real”dan 2 oyunçunu hədəfə aldı
19.03.2025 , 18:09

“Çelsi” “Real”ın iki futbolçusunu transfer etmək istəyir.
Korner.az xəbər verir ki, söhbət Madrid təmsilçisinin oyunçuları – Rodriqo və Endrikdən gedir.
London klubu braziliyalı oyunçuları yayda heyətinə cəlb etməyi planlaşdırır.
“Çelsi” futbolçular üçün La Liqa klubuna 180 milyon avro ödəməyə hazırdır.
