“Çelsi” Çempionlar Liqasında qrup mərhələsində “Sportinq”lə bugünkü matça daha bir ciddi itki ilə çıxacaq.
Korner.az-ın məlumatına görə, komandanın yarımmüdafiəçisi Ramiresin məşq zamanı əzələsi dartılıb. Buna görə də o, sözügedən qarşılaşmanı buraxmalı olacaq.
Qeyd edək ki, bundan əvvəl Didye Droqbanın da “Sportinq”lə görüşdə oynamayacağı açıqlanıb.
