“Çelsi” qapıçı transferinə hazırlaşır
26.04.2023 , 16:08

“İnter”in qapıçısı Onana “Çelsi”yə keçə bilər.
Korner.az-ın məlumatına görə, London klubu kamerunlu qolkiperlə maraqlanır. “Zadəganlar” bu transferin reallaşması üçün “İnter”in tələb etdiyi, ancaq açıqlanmayan məbləği verməyə hazır olduğu bildirilir. Qapıçının da karyerasını İngiltərədə davam etdirmək istədiyinə müsbət yanaşdığı bildirilir.
O, cari mövsüm komandası ilə 33 oyun keçirib və 29 qol buraxıb.
