“Çelsi” qapıçı transfer edir
31.07.2023 , 23:44

“Çelsi” “Brayton”un qapıçısı Roberto Sançesi transfer etmək istəyir.
Korner.az xəbər verir ki, “zadəganlar” kluba qolkiper üçün rəsmi təklif göndərib.
Bu barədə jurnalist Fabriso Romano məlumat yayıb. Tərəflər arasında razılıq əldə olunduğu bildirilir.
