Futbol üzrə İngiltərə çempionatında 2-ci tura start verilib.
Korner.az-ın məlumatına görə, ilk oyun günündə 6 qarşılaşma baş tutub.
“Aston Villa” – “Nyukasl” və “Sauthempton” – “Vest Bromviç” matçlarında hesab açılmayıb. “Çelsi” “Leyçester Siti”ni, “Suonsi Siti” “Barnli”ni məğlub edib. “Kristal Pelas” da evdə “Vest Hem”ə uduzub. Səfərdə “Everton” ilə qarşılaşan “Arsenal” isə xal itirib.
Turun digər oyunları bu gün və sabah keçiriləcək.
İngiltərə Premyer Liqası
2-ci tur
23 avqust
Aston Villa – Nyukasl – 0:0
Çelsi – Leyçester Siti – 2:0
Qollar: D.Kosta, 63, Hazard, 77.
Kristal Pelas – Vest Hem – 1:3
Qollar: Şamax, 49 – Sarate, 34, Douninq, 37, Ç.Kol, 62.
Sauthempton – Vest Bromviç – 0:0
Suonsi Siti – Barnli – 1:0
Qol: Dayer, 23.
Everton – Arsenal – 2:2
Qollar: Koleman, 19, Neysmit, 45 – Remzi, 83, Jiru, 90.
24 avqust
17:30. Hall Siti – Stok Siti
17:30. Tottenhem – KPR
20:00. Sanderlend – Mançester Yunayted
25 avqust
00:00. Mançester Siti – Liverpul
