İlk yarımfinalçılar məlum oldu
14.04.2021 , 01:00
Bu gün Çempionlar Liqasında iki yarımfinalçı müəyyənləşib.
Korner.az xəbər verir ki, ilk oyunda səfərdə 2:0 hesablı qələbə qazanan “Çelsi” “Portu” ilə evdə qarşılaşıb və 0:1 hesabı ilə uduzub. Ancaq “Çelsi” ilk oyunda səfərdə “Portu”ya 2:0 hesabı ilə qalib gəldiyindən mərhələ adlayan tərəf olub.
PSJ isə 1 həftə əvvəl 3:2 hesabı ilə məğlub etdiyi “Bavariya”nı doğma meydanda qəbul edib və 0:1 hesabı ilə uduzub. Buna baxmayaraq Paris təmsilçisi ilk görüşdə 3:2 hesablı qalib gəlfiyindən növbəti mərhələyə adını yazdırıb.
Çempionlar Liqası, cavab oyunları
13 aprel
23:00. “Çelsi” (İngiltərə) – “Portu” (Portuqaliya) – 0:1
İlk oyun – 2:0
23:00. PSJ (Fransa) – “Bavariya” (Almaniya) – 0:1
İlk oyun – 3:2
14 aprel (çərşənbə)
23:00. “Liverpul” (İngiltərə) – “Real” (İspaniya)
ilk oyun – 1:3
23:00. “Borussiya” (Dortmund, Almaniya) – “Mançester Siti” (İngiltərə)
İlk oyun – 1:2
