Poçettino “Çelsi”yə addım-addım yaxınlaşdı
27.04.2023 , 11:48

“Çelsi” baş məşqçi axtarışlarını başa çatdırmaq üzrədir.
Korner.az xəbər verir ki, klubun Maurisio Poçettino ilə şifahi müqavilə imzaladığı bildirilir.
Müqavilənin bütün detallarının qısa müddətdə tamamlanmasının və bu həftənin sonuna qədər rəsmi açıqlamanın verilə biləcəyi gözlənilir.
Komandanı müvəqqəti qəbul edən Frenk Lempardın isə mövsümün sonuna kimi komandada qalacağı dəqiqləşib.
