“Çelsi” Pedro ilə vidalaşmadı
03.08.2018 , 16:45

“Çelsi” futbolçusu Pedro Rodriqeslə müqaviləsini yeniləyib
31 yaşlı hücumçu ilə 2019-cu ilin yayında başa çatacaq müqavilənin müddəti daha 1 il uzadılıb.
Qeyd edək ki, Pedro 2015-ci ildə “Barselona”dan “Çelsi”yə transfer olunub. O, ötən mövsüm Premyer Liqada 31 matçda 4 qol vurub.
