“Çelsi” onu razı sala bilmir
01.08.2024 , 12:07

Konor Qallaher “Çelsi”nin yei təklifinə müsbət yanaşmayıb.
Korner.az-ın məlumatına görə, ingiltərəli futbolçu London təmsilçisinin yeni müqavilə təklifinə rədd cavabı verib. “Zadəganlar” futbolçuya 2+1 sxemi üzrə müqavilə təklif edib. Lakin Qallaher buna müsbət yanaşmayın.
Qeyd edək ki, futbolçunun adı bir müddət əvvəl Madrid “Atetiko”su ilə birgə hallanırdı.
