“Çelsi” onu icarəyə verdi
04.02.2025 , 14:57

“Çelsi” futbolçusu Aksel Disasini “Aston Villa”ya icarəyə verib.
Korner.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
26 yaşlı müdafiəçi cari mövsümün sonunadək London təmsilçisində çıxış edəcək.
Futbolçunun “Çelsi” ilə hazırkı müqaviləsinin müddəti 2029-cu ilin yayına kimidi.
