“Çelsi” onu geri qaytardı
03.01.2025 , 23:55
“Çelsi” icarə əsasında digər klublarda çıxış edən futbolçularından birini geri qaytarıb.
Korner.az xəbər verir ki, bu barədə klubun saytı məlumat yayıb.
London təmsilçisi “Boka Xuniors”da çıxış edən Aaron Anselminonu geri qaytarıb.
19 yaşlı müdafiəçi ötən ilin yayında məhz “Boka Xuniors”dan “Çelsi”yə transfer olunmuşdu. Lakin Premyer Liqa klubu dərhal Aaronu sabiq klubuna icarəyə vermişdi.