“Çelsi” müdafiəçisini Türkiyə klubuna icarəyə verdi
17.01.2019 , 14:29

“Çelsi” müdafiəçisi Abdul Rəhman Babanı icarəyə verib.
24 yaşlı sol cinah müdafiəçisi karyerasını Türkiyədə davam etdirəcək. Qana millisinin üzvü Super Liqa təmsilçisi “Göztəpə” ilə anlaşıb. Baba İzmir klubunda mövsümün sonuna qədər çıxış edəcək.
“Çelsi” qanalı futbolçunu 2015-ci ildə “Auqsburq”dan 20 milyon avroya transfer etmişdi. O, iki il “Şalke”də icarə əsasında çıxış edib.
