“Çelsi” Mik Menyanı ala bilmir
10.06.2025 , 19:59

“Çelsi” “Milan”ın qolkiperi Mik Menyan transferini rəsmiləşdirməkdə çətinlik çəkir.
Korner.az xəbər verir ki, bu barədə İngiltərə mətbuatı məlumat yayıb.
Buna tərəflərin transfer məbləğində razılığa gələ bilməməsi səbəb olub.
Qeyd edək ki, dransalı qapıçının İtaliya klubu ilə müqaviləsinin müddəti gələn ilin yayına qədərdir.
