“Çelsi” Mayk Menyan üçün hərəkətə keçdi
26.11.2025 , 20:00
“Çelsi” “Milan”ın qapıçısı Mayk Menyanın nümayəndələri ilə növbəti dəfə təmas qurub.
Korner.az xarici KİV-ə istinadən xəbər verir ki, London klubu fransalı qolkiperi yayda azad agent kimi transfer etmək niyyətindədir. Menyan “Milan”la müqaviləsini yeniləməyə hazırlaşmır və bununla da onun ayrılma ehtimalı daha da güclənib.
Xəbərdə o da qeyd olunur ki, “zadəganlar” yeni qapıçı transferini reallaşdıracağı halda hazırkı qolkiperi Filip Yorgensenlə vidalaşmağa çalışacaq.
30 yaşlı Menyan bu mövsüm bütün yarışlarda 13 qarşılaşmada forma geyinib, qapısından 9 top keçirib və 7 oyunda “quru” qapı nəticəsi göstərib. Qolkiperin “Milan”la müqaviləsi yay aylarında başa çatır.
Xatırladaq ki, “Çelsi” UEFA Çempionlar Liqasının 4-cü turunda noyabrın 5-də “Qarabağ”la səfər matçında 2:2 hesablı heç-heçə edib.