“Çelsi” yeni mövsüm üçün ilk transferini gerçəkləşdirmək üzrədir.
Korner.az-ın məlumatına görə, London klubu Radji Naynqqolanın transferi üçün “Roma” ilə razılığa gəlib.
Bu transferə görə “Çelsi” 36 milyon avro təzminat ödəyəcək. Belçikalı yarımmüdafiəçi ilə 5 illik müqavilə imzalanacaq.
