“Çelsi” İquaini transfer etməkdən imtina etdi
04.01.2019 , 13:12

“Çelsi” “Milan”ın hücumçusu Qonzalo İquaini transfer etmək fikrindən daşınıb.
London təmsilçisi “Milan”la yanaşı, argentinalı hücumçunun müqavilə ilə məxsus olduğu “Yuventus”la danışıq aparmağı çətin prosedur hesab etdiyi üçün bu addımı atıb.
İquain icarə əsasında “Milan”da oynayır. Klub bu mövsümün sonu 31 yaşlı oyunçunu birdəfəlik almaq hüququna malikdi
