“Çelsi” İquaini təqdim etdi
25.01.2019 , 17:20

“Çelsi” yeni transferi Qonzalo İquaini ictimaiyyətə təqdim edib.
London klubu İngiltərə Liqa kubokunda “Tottenhem”lə oyunun startından 15 dəqiqə əvvəl argentinalı hücumçunu azarkeşlərin qarşısına çıxarıb.
Qeyd edək ki, “Çelsi” İquaini cari mövsümün sonuna kimi “Yuventus”dan icarəyə götürüb. Bunun üçün İngiltərə klubu 9 milyon avro təzminat ödəyəcək.
