“Çelsi” heyətinə yeni hücumçu transfer etdi
02.06.2025 , 13:31

“Çelsi” heyətini yeni futbolçu ilə gücləndirib.
Korner.az xəbər verir ki, Lodon təmsilçisi “İpsviç Taun”dan Liam Delapı transfer edib.
Bu barədə xarici KİV məlumat yayıb.
Xəbərdə, tərəflər arasında 6 illik müqavilə imzalandığı bildirilib.
İngiltərə klubu 22 yaşlı hücumçu üçün 30 milyon funt-sterlin ödəyəcək.
