“Çelsi” Hazardın qiymətini aşağı saldı
18.04.2019 , 17:00

İngiltərinin “Çelsi” klubu belçikalı futbolçusu Eden Hazard üçün yeni qiymət müəyyənləşdirib.
Bu barədə AS nəşri xəbər yayıb. Nəşrin xəbərinə görə, futbolçunun transfer qiyməti 116 milyon avrodan 104 milyon avroya qədər endirilib. 28 yaşlı futbolçunun transfer etmək də maraqlı olan Madridin “Real” klubu isə futbolçunu 90 milyon avro müqabilində heyətinə qatmaq istəyir.
Qeyd edək ki, Eden Hazard 2012-ci ildən “Çelsi” klubunun şərəfini qoruyur.
