“Çelsi” Hazardı buraxmaq istəmir
01.03.2019 , 18:55

İngiltərənin “Çelsi” klubu Eden Hazardla yeni müqavilə imzalamaq niyyətindədir.
İngiltərə mətbuatının məlumatina görə, artıq tərəflər arasında yenidən danışıqlar başlayıb. FIFA tərəfindən transfer qadağası qoyulan “zadəganlar” belçikalı futbolçunu klubda saxlamaq istəyirlər.
Qeyd edək ki, belçikalı futbolçunun adı “Real”la hallanır.
