“Çelsi” Hazarddan əl çəkmir
24.07.2018 , 18:27

Madridin “Real” klubuna transfer ediləcəyi açıqlanan Eden Hazard yenidən “Çelsi”nin hədəfində
İngiltərə mətbuatının yaydığı məlumata görə, “Çelsi” Hazardan əl çəkmək niyyətində deyil. Xəbərdə bildirilir ki, “Çelsi” rəhbərliyi Kataloniya klubunun 190 milyon avroluq təklifinə “Yox” deyəcək. Klubun meneceri Sarri də açıqlamasında Hazardı klubunda görmək istədiyini bildirib: “O, dünyanın ən yaxşı futbolçusudur. Ümid edirəm ki, onu daha çox inkişaf etdirə biləcəm”.
Qeyd edək ki, E.Hazard ötən mövsüm Premyer Liqada 34 matçda 12 qol vurub, 4 qolun ötürməsini verib.
