“Çelsi” gənc futbolçu ilə müqavilə imzaladı
10.02.2025 , 17:30

“Çelsi” heyətini yeni oyunçu cəlb edib.
Korner.az xəbər verir ki, London təmsilçisi “Kayrat”dan 16 yaşlı Dastan Satpayevin transfer edib.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Gənc hücumçu 18 yaşı tamam olanda İngiltərə nəhənginə qoşulacaq.
