“Çelsi” futbolçusunu qaytardı
15.01.2025 , 21:40

“Kristal Pelas”da icarədə olan Trevo Çaloba “Çelsi”yə qayıdıb.
Korner.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
İngiltərəli mərkəz müdafiəçisi mövsümün ikinci hissəsini London nəhəngində keçirəcək.
