“Çelsi” futbolçusunu icarəyə göndərdi
04.09.2019 , 20:50
İngiltərənin “Çelsi” klubu futbolçusunu icarəyə göndərib.
Korner.az xəbər verir ki, klub qapıçısı Camal Blekmeni Hollandiyanın “Vitess” klubuna icarəyə verib.
25 yaşlı ingilis qolkiper “Middlsbro”, “Östersun”, “Uikomb”, “Şeffild Yunayted” və “Lids” kimi klublarda icarədə oynayıb.