“Çelsi” futbolçusunu icarəyə verdi
21.02.2025 , 12:50

“Çelsi”nin futbolçusu Devid Vaşinqtonu icarəyə verib.
Korner.az xəbər verir ki, o, karyerasını Braziliyada davam etdirəcək.
19 yaşlı forvard sözügedən ölkənin “Santos” klubuna keçib.
Gənc futbolçu yeni komandasında 2025-ci ilin sonuna qədər icarə əsasında çıxış edəcək.
Vaşinqton 2023-cü ilin yayından London klubunda forma geyinir.
