“Çelsi” ciddi itki ilə üzləşdi
23.04.2019 , 21:30

İngiltərənin “Çelsi” klubunun futbolçusu Hudson-Odoi zədə səbəbi ilə mövsümü başa vurub.
Gənc futbolçu İngiltərə Premyer Liqasında “Börnli” ilə görüşdə ayağından xəsarət alıb və görüşü davam etdirə bilməyib. Futbolçunun yeni mövsümün əvvəlinə kimi bərpa prosesi keçəcəyi qeyd olunub.
