“Çelsi” bu oyunçunu komandada saxlayacaq
07.05.2025 , 14:45

“Çelsi” yarımmüdafiəçi Moyzes Kaysedo ilə bağlı qərarını verib.
Korner.az xəbər verir ki, London təmsilçisi kolumbiyalı futbolçunun müqaviləsini yeniləmək istəyir.
Tərəflər arasında hələlik heç bir danışıq baş tutmayıb.
23 yaşlı oyunçunun İngiltərə klubu ilə hazırkı müqaviləsinin müddəti 2031-ci ilə qədərdir.
O, 2003-cü ildən “Çelsi”nin uğurları üçün çalışır.
