“Çelsi” bu hücumçunu göndərmək istəmir
23.06.2025 , 14:22

“Çelsi” hücumçusu Nikolas Ceksonla davam edəcək.
Korner.az xəbər verir ki, bu barədə İngiltərə mətbuatı məlumat yayıb.
London təmsilçisi seneqallı futbolçunun xidmətindən razıdır və onun komandadan ayrılmasını istəmir.
Qeyd edək ki, 24 yaşlı forvard 2023-cü ildən “Çelsi”də forma geyinir.
