“Çelsi” futbolçusu Loik Remi ilə yolları ayırıb.
Fransız hücumçu “Las Palmas”la müqavilə imzalayıb. 30 yaşlı hücumçu ilə 2 illik müqavilə imzalanıb. Remi La Liqa klubuna azad agent statusu ilə keçib.
Qeyd edək ki, Remi “Çelsi”də 47 oyunda 12 qol vurub.
