İngiltərə Premyer Liqasında mübarizə aparan “Çelsi” “Torino”nun futbolçusu Andrea Belotti üçün təklif göndərib.
Korner.az-ın məlumatına görə, bu haqda “FourFourTwo” xəbər yayıb.
“Zadəganlar” oyunçunun transferi üçün 65 milyon avroluq təklif göndərib. “Torino”nun prezidenti təklifi rədd edib və hücumçu üçün 100 milyon avro tələb etdiklərini bildirib.
Qeyd edək ki, Belotti bu mövsüm A Seriada “Torino” forması ilə 29 oyuna 25 qol vurub və 4 məhsuldar ötürmə edib.
