“Çelsi”nin cari mövsümüm əvvəlindən davam edən uğursuz nəticələri azarkeşlərini narahat edir.
Korner.az-ın məlumatına görə, fanatlar artıq komanda üzvlərini ələ salmağa başlayıblar.
Bu dəfə azarkeşlərin qəzəbinə ispaniyalı futbolçu Sezar Aspilikueta tuş gəlib.
Çılğın fanatlar klub bazasında Aspilikuetanın avtomobilini saxlayacağı yerə maral bağlayıblar. Bu olay isə britaniyalı jurnalistlərin gözündən qaçmayıb.