Madrid “Atletiko”sunun baş məşqçisi Dieqo Simyone komanda rəhbərliyi ilə danışıqlara başlayıb.
Korner.az-ın məlumatına görə, təcrübəli mütəxəssis “Atletiko” rəhbərliyinə mövsüm sonu klubdan ayrılacağını deyib.
Uruqvaylı məşqçi növbəti mövsümdən “Çelsi”nin sükanı arxasına keçəcək. Simyone London klubunda ilinə 12 milyon qazanacaq.
Daha əvvəl “Çelsi”yə “Yuventus”un baş məşqçisi Masimiliano Alleqrinin gətiriləcəyi deyilirdi. (OK Dario)
