“Çelsi” Avropa Liqasında çempion oldu
30.05.2019 , 11:25

UEFA Avropa Liqasında final oyunu keçirilib.
Qitənin ikinci dərəcəli klub turnirində 2018-2019 mövsümünün son matçı paytaxtımızda oynanılıb.
Bakı Olimpiya Stadionundakı həlledici qarşılaşmada iki ingilis nəhəngi – Londonun “Çelsi” və “Arsenal” komandaları üz-üzə gəlib. Görüşdən 4:1 hesablı qələbə ilə ayrılan “Çelsi” kuboka sahib olub. (qol.az)
