Çempionlar liqası

1/8 finala yekun vuruldu

18.03.2021 , 02:54

Çempionlar Liqasında 1/8 final mərhələsinə yekun vurulub.

Son oyun günündə daha iki görüş keçirilib.

“Çelsi” öz meydanında “Atletiko”nu qəbul edib. Səfərdə minimal hesabla qalib gələn “zadəganlar” evdə 2 cavabsız top vuraraq 1/4 finala yüksəlib.

Digər oyunda turnirin son qalibi “Bavariya” evdə “Latsio” ilə qarşılaşacaq. Səfərdə 4:1 üstün olan münhenlilər demək olar ki, məsələni həll etmişdi. “Bavariya” ev oyununda da rəqibinə qalib gəlib – 2:1.

Çempionlar Liqası
1/8 final (cavab oyunları)

00:00. “Çelsi” (İngiltərə) – “Altetiko” Madrid (İspaniya) – 2:0
Qollar:
Ziyeş, 35, Emerson, 90+4
Qırmızı vərəqə: Saviç, 82
İlk oyun – 1:0

00:00. “Bavariya” (Almaniya) – “Latsio” (İtaliya) – 2:1
Qollar:
Levandovski, 33 (pen.), Çupo-Motinq, 73 – Parolo, 82
İlk oyun – 4:1.

Son yazılar

Yuxarı