Futbol üzrə İngiltərə çempionatında 4-cü tura start verilib.
Korner.az-ın məlumatına görə, ilk oyun günündə 8 qarşılaşma baş tutub.
“Arsenal” doğma divarlar arasında “Mançester Siti”nin müqavimətini qıra bilməyib. “Çelsi” Dieqo Kostanın möhtəşəm oyunu nəticəsində “Suonsi”ni asan məğlub edib. “Sanderlend”in qonağı olan “Tottenhem” Londona 1 xalla dönüb. “Everton” səfərdə “Vest Bromviç”dən güclü olub.
“Liverpul” isə evdə “Aston Villa”ya minimal hesabla boyun əyib.
Turun qalan iki oyunu bu gün keçiriləcək.
İngiltərə Premyer Liqası
4-cü tur
13 sentyabr
Arsenal – Mançester Siti 2:2
Qollar: Uilşer, 64, Sançes, 74 – Aquero, 28, Demişelis, 83.
Çelsi – Suonsi Siti 4:2
Qollar: Kosta, 45; 56; 67, Remi, 81 – Terri, 11-öz qapısına, Şelvey, 86.
Kristal Palas – Bernli 0:0
Sauthempton – Nyukasl 4:0
Qollar: Pelle, 6; 19, Kork, 54, Şneyderlin, 90.
Stok Siti – Leyçester Siti 0:1
Qol: Ulloa, 64.
Sanderlend – Tottenhem 2:2
Qollar: Conson, 3, Keyn, 82-öz qapısına – Şadli, 2, Eriksen, 48.
Vest Bromviç – Everton 0:2
Qollar: Lukaku, 2, Miralyas, 66.
Liverpul – Aston Villa 0:1
Qol: Aqbnlahor, 9.
14 sentyabr
20:00. Mançester Yunayted – KPR
00:00. Hall Siti – Vest Hem
