"Feyenoord"un 20 yaşlı futbolçusu Stefan De Vray "Çelsi"nin maraq dairəsinə düşüb.
Korner.az-ın məlumatına görə, klub futbolçu üçün qış transfer dövründə 5 milyon funt sterlinq ödəməyə hazır olduğunu bildirib. Rotterdamlıların kapitanı olan de Vray artıq ikinci dəfədir ki yeni müqavilə imzalamaqdan imtina edir. Bu mövsümdə müdafiəçi müxtəlif turnirlərdə 10 oyun keçirib.
