“Çelsi” 20 yaşlı futbolçu ilə maraqlanır
06.05.2025 , 14:35

“Mançester Yunayted”in futbolçusu Alexandro Qarnaço “Çelsi”yə keçə bilər.
Korner.az xəbər verir ki, bu barədə İngiltərə mətbuatı məlumat yayıb.
Xəbərdə, London klubunun yarımmüdafiəçinin xidmətində maraqlı olduğu bildirilib.
“Mançester Yunayted” argentinalı oyunçu üçün 76 milyon avro tələb edir.
Qarnaçonun klubu ilə hazırkı müqaviləsinin müddəti 2028-ci ilin yayına qədərdir.
